Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

Rusiyada sərnişin təyyarəsi qəza enişi
sərnişin təyyarəsi
Dünya 19-02-2025 - 10:49

Rusiyanın Krasnoyarsk şəhərindən uçan təyyarə Norilsk şəhərində qəza enişi edib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində təzyiqin azaldığını göstərən həyəcan siqnalı işə düşüb.

Bildirilib ki, təyyarədə olan 156 sərnişindən heç biri xəsarət almayıb.

PAYLAŞ: