Rusiyada meşə yanğınları - Qəsəbələrə yaxınlaşır

Rusiyada meşə yanğınları -
Dünya 02-03-2025 - 16:39

Rusiyanın Primorye bölgəsində meşə yanğınları başlayıb.

 Ajans.az TASS-a istinadən xəbər verir ki, yanğınlar bir neçə qəsəbədə evlərə yaxınlaşıb.

Hazırda yanğınlar bölgənin 5 rayonunda 32 hektar ərazini əhatə edib.

 Hakimiyyət orqanları 14 rayonda yanğın əleyhinə rejim, Naxodkada isə yüksək hazırlıq rejimi elan edib.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: