Rusiyada Daxili İşlər Nazirliyinin rəisi saxlanıldı

Rusiyada Daxili İşlər Nazirliyinin rəisi saxlanıldı
Polis rəisi
Dünya 26-11-2024 - 14:27
 99

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt-Peterburqda Daxili İşlər Nazirliyinin Mərkəzi Dairə üzrə rəhbəri Denis Danileviçi saxlayıblar.

Ajans.az "fontanka"ya istinadla xəbər verir ki, Nəşrin məlumatına görə, noyabrın 26-da səhər saatlarında polkovnikin mənzilində və ofisində axtarışlar aparılıb.

Danileviçə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iş açılıb. İstintaq hesab edir ki, 2024-cü ilin yayında o, şəhərin Mərkəzi rayonunun yol polisinin rəisi Andrey Timoşenkoya özünün Toyota Land Cruiser SUV-də səs izolyasiyası quraşdırmaq göstərişi verib. İş təxminən 100 min rubla başa gəlib və Timoşenkonun hesabına həyata keçirilib.

Əvvəllər istintaq Daxili İşlər Nazirliyinin paytaxt idarəsinin miqrasiya şöbəsinin iki əməkdaşına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi “d”, “e”, bəndləri) ittihamı irəli sürüb. Təqsirləndirilən şəxslər sənədləri vətəndaşların iştirakı olmadan veriblər. Dindirilmə zamanı onlar günahlarını etiraf ediblər.

PAYLAŞ: