Rusiya ordusu Ukrayna ərazisinə daxil olub

Rusiya ordusu Ukrayna ərazisinə
Vladimir Putin
Dünya 19-02-2025 - 18:42
 353

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Kursk vilayətinin sərhədini keçərək Ukrayna ərazisinə daxil olduğunu açıqlayıb.

Ajans.az xəbər verir ki, Putin Sankt-Peterburqda pilotsuz təyyarələr istehsal edən zavoda səfəri zamanı jurnalistlərə deyib:

“Sözün əsl mənasında bir saat əvvəl mənə çatan son məlumat odur ki, bu gecə 810-cu briqadanın qırıcıları Rusiya Federasiyası ilə Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar”.

O, rus qoşunlarının bütün döyüş təmas xətti boyunca irəlilədiyini bildirib. 

PAYLAŞ: