Rusiya ordusu bu ərazini də İŞĞAL ETDİ

Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının (DXR) Zaporijjya istiqamətindəki Novoocheretovatoye kəndinin mərkəzini işğal edib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov məlumat verib.
“Ordumuz Novocheretovatoye uğrunda gedən döyüşlərdə uğur qazanıb. “Qoşunlarımız irəliləyib və artıq kəndin mərkəzində möhkəm dayanıblar”, - deyə o vurğulayıb və əlavə edib ki, qəsəbənin bilavasitə ətrafı artıq işğal olunub.
Eyni zamanda, Vladimir Roqovun sözlərinə görə, kənd uğrunda döyüşlər davam edir. Novocheretovatoye rus qoşunlarının bu ilin yanvarında ələ keçirdiyi Velikaya Novosyolkanın şimalında yerləşir.