"Google" CƏRİMƏLƏNDİ
Rusiyada "Google" bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.
Ajans.az xəbər verir ki, "Google"-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
Platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gələn məhkəmə, "Google"-a 3,8 milyon rubl (təxminən 38 min dollar) cərimə ödəməyə məcbur edib.
Daha əvvəl də oxşar səbəblərə görə ölkədə “Apple“, TikTok və teleqram kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilmişdi.