Rufik İsmayılova yeni vəzifə verildi

Gündəm
04-02-2025 - 14:41
Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat olub.
Ajans.az xəbər verir ki, bu vəzifə Rufik İsmayılova həvalə edilib.
O, 2003-cü ildən jurnalistika sahəsində fəaliyyət göstərir, indiyə qədər müxtəlif mətbu orqanlarda müxbir, məsul katib, prezident və parlament müxbiri, redaktor, baş redaktor və redaksiya müdiri vəzifələrində çalışıb, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləyib.
Mövzular:
Oxşar xəbərlər
Bakı küçələrində yarıçılpaq gəzdiyi iddia edilən qadın GÜNDƏM OLDU - ANBAAN VİDEO
Gündəm07:37 / 22-01-25