Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü - VİDEO

İdman
13-11-2024 - 10:02
Bakıda səfərdə olan əfsanəvi futbolçu Ronaldinyo Qauço Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, 44 yaşlı əfsanə ilə görüşə “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə”nin aşağı yaş futbolçuları qatılıblar.
Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib.
Mövzular:
Oxşar xəbərlər
İki rəqib komanda azerkeşləri arasında DƏHŞƏTLİ DAVA: Bir şəxs diri-diri yandırıldı
İdman11:33 / 28-10-24