Qurban Qurbanov Juninyodan danışdı

İdman
09-01-2025 - 13:21
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın forvardı Olavio Juninyonun transferi ilə bağlı danışıb.
Ajans.az xəbər verir ki, Qurbanov braziliyalı hücumçunun hansı kluba transfer olacağının qarşıdakı günlərdə dəqiqləşəcəyini söyləyib:
"Hələ konkretləşməyib. Bəzi nüanslar var. Oyunçunun özünün istəyi də vacibdir. Əvvəl "Sevilya" ilə danışılmışdı. Sonra "Flamenqo" da təklif göndərdi. Danışıqlar gedir. Yəqin ki, qarşıdakı günlərdə məsələ yekunlaşacaq".
Xatırladaq ki, İspaniyanın “Sevilya” və Braziliyanın “Flamenqo” klubu Juninyonu transfer etmək istəyir.
Mövzular:
Oxşar xəbərlər
Mesut Özil: "Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yeti...
İdman14:19 / 11-10-24