Qlobal borc daha 7 trilyon artdı – Tarixi rekord

Gündəm
03-03-2025 - 23:44
Qlobal borc təxminən 7 trilyon dollar artıb və 2024-cü ildə 318 trilyon dollar həddə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) məlumat yayıb.
Hesabatda qeyd edilir ki, ümumi borcun ümumi daxili məhsuldakı payı da iqtisadi artımın yavaşlaması ilə son dörd ildə ilk dəfə artıb.
Ekspertlər bu il xüsusilə ABŞ, Fransa, Çin, Hindistan və Braziliyada borclanmanın yüksək səviyyədə qalacağını proqnozlaşdırırlar.
Mövzular:
Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi - FOTO
Gündəm12:10 / 16-11-24