Qazaxıstan AZAL təyyarəsi ilə bağlı vacib AÇIQLAMA YAYDI

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı vacib
AZAL
Gündəm 19-02-2025 - 12:28
 177

Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib ki, Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin pilotları arasında aparılan danışıqların stenoqramı istintaqda iştirak edən bütün tərəflərin əlindədir.

Ajans.az xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Lastayev vurğulayıb ki, stenoqramlar transkripsiyanın aparıldığı Braziliyadan olan mütəxəssislərlə yanaşı, Qazaxıstan, Azərbaycan, Rusiya və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) ekspertləri üçün də mövcuddur. O qeyd edib ki, ilkin hesabata insidentin təhlili üçün zəruri olan danışıqların bütün əsas fraqmentləri daxil edilib.

Nazir araşdırmanın İCAO-nun bütün standartlarına uyğun olduğunu və beynəlxalq səviyyədə yüksək qiymət aldığını vurğulayıb. O qeyd edib ki, Qazaxıstan istintaqın aparılmasına cavabdeh olan ölkə kimi gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün obyektivliyə, şəffaflığa və açıqlığa önəm verir.

Dekabrın 25-də səhər saatlarında “Azərbaycan Hava Yolları”nın Bakıdan Qroznıya uçan “Embraer E190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb. Fəlakət zamanı 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Həlak olanların sayı 38 nəfər olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: