Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar açıqlandı

Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar açıqlandı
Zəngəzur
İqtisadiyyat 23-10-2024 - 08:28

SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında karbon neytral zona kimi inkişaf etdirilməsi üçün həyata keçirəcəyi tədbirləri açıqlayıb.

Ajans.az SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadla xəbər verir ki, bu tədbirlərə emissiyaların azaldılması – enerji səmərəliliyinin artırılması, “CCU/CCUS” və s. kimi imkanların tətbiqi, elektrikli nəqliyyat vasitələri üçün regional infrastrukturun qurulması, qazın bərpaolunan enerji, H2, və digər yaşıl enerji həlləri ilə əvəz edilməsi daxildir.

Həmçinin şirkət yaşıl yanacaq istehsalını artırmaq üçün ənənəvi karbohidrogen yanacağını bioqaz və biodizellə əvəz edilməsi istiqamətində də tədbirlər həyata keçirəcək.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: