Reklam resmi
Reklam resmi

İrlandiyadan Azərbaycana pul köçürmələri 8 dəfəyə yaxın artıb 

İrlandiyadan Azərbaycana pul köçürmələri 8 dəfəyə yaxın artıb 
İqtisadiyyat

Bu ilin I rübündə İrlandiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 24,590 milyon ABŞ dolları təşkil edib.

Ajans.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,4 milyon ABŞ dolları və ya 7,8 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İrlandiyanın payı 8,3% təşkil edib. Bununla da sözügedən ölkə xaricdən Azərbaycana ümumi pul köçürən ölkələrin siyahısında ilk üçlükdə qərarlaşıb.

Hesabat dövründə əks istiqamətdə pul köçürmələri qeydə alınmayıb.

Mövzular:
Azərbaycan Mərkəzi Bankı İrlandiya pul köçürmələri

Digər Xəbərlər