“Qarabağ” üç xalı üç qolla qazandı

İdman
08-03-2025 - 21:37
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Ajans.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
Lider “Qarabağ” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüşün yekununda Ağdam təmsilçisi inamlı qələbəyə sevinib.
“Şamaxı” – “Sabah” və “Zirə” – “Səbail” oyunları mart 9-da, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” görüşləri isə ayın 10-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
26-cı tur
8 mart
“Araz-Naxçıvan” – “Qarabağ” 1:3
Qollar: Felipe Santos, 35 – Nəriman Axundzadə, 44. Leandro Andrade, 77. Emmanuel Addai, 90+6.
Qırmızı vərəqə: Felipe Santos, 82.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.
“Liv Bona Dea Arena”, 19:00.
Cavidan Mirzəzadə
Vəzifəsi: