Qar ərimədən bunu edin -HƏYATINIZ DƏYİŞƏCƏK

Qar ərimədən bunu edin
Gündəm 23-02-2025 - 19:46
 129

Qar təkcə qış mövsümünün gözəlliyi deyil, eyni zamanda müxtəlif inanclar və ritual praktikaları ilə də bağlıdır.

 Ajans.az xəbər verir ki, dünyanın bir çox yerində insanlar qarı saflıq, yenilənmə və bərəkət simvolu kimi qəbul edir və onunla müxtəlif mərasimlər həyata keçirirlər.

İnanclara görə, yeni yağan qardan istifadə etməklə arzuların yerinə yetməsi üçün ritual etmək mümkündür. Bunun üçün təmiz qardan bir ovuc götürüb içində bir dilək tutaraq əllərin içində sıxmaq və onun əriyib suya çevrilməsini izləmək kifayətdir. Bu proses arzunun gerçəkləşəcəyinə işarə kimi qəbul edilir.

Bundan başqa, qar mənfi enerjidən təmizlənmək üçün də istifadə olunur. İnsanlar əllərinə qar alaraq, sanki neqativ enerjini içindən çıxarıb ona ötürdüklərini təsəvvür edir və sonra onu yerə ataraq mənfiliklərdən qurtulduqlarına inanırlar.

Sevgi və bərəkətlə bağlı qar ritualı da məşhurdur. Bəzi inanclara görə, qarın üzərinə sevdiyinin adını yazmaq və niyyət etmək münasibətin möhkəm qalmasına kömək edir. Digər tərəfdən, evin qarşısına qar töküb “bərəkət və ruzi gəlsin” demək, gələcək günlərin firavan keçəcəyinə işarə sayılır.

Xəstəliklərdən qorunmaq üçün isə qədimdə qarın üstünə uzanıb dərin nəfəs almağın orqanizmi yenilədiyinə inanılıb.

Cahan Seyidzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: