“Qalatasaray” səfərdə qələbə qazandı

Türkiyə Super Liqasında XXII tura yekun vurulub.
Ajans.az xəbər verir ki, Lider “Qalatasaray” səfərdə “Qaziantepspor”un qonağı olub.
Görüşün taleyini bir qol həll edib. 5-ci dəqiqədə “sarı-qırmızılılar”ın yeni transferi Ahmed Kutucu fərqlənib.
“Cimbom” səfərdə minimalhesablı qələbə qazanaraq ən yaxın izləyicisi "Fənərbaxça" ilə 6 xallıq fərqi qoruyub.
Türkiyə Super Liqası
XXII tur
21:00. “Qaziantepspor” – “Qalatasaray” – 0:1
Qol: Ahmed Kutucu, 5