“Qalatasaray” matçında ”Adana Dəmirspor” meydandan çəkildi

“Qalatasaray” matçında ”Adana Dəmirspor”
Gündəm 09-02-2025 - 21:05

Türkiyə Super Liqasında XXIII turun görüşləri davam edir.

Ajans.az xəbər verir ki, "Qalatasaray" öz meydanında "Adana Dəmirspor"u qonaq edib.

Görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.

Beləliklə matç təxirə salınıb. Oyunun taleyinin TFF tərəfindən müəyyən ediləcəyi bildirilib. 

PAYLAŞ: