Qadın təxribata cəhd etdi: 12,5 il həbs cəzası aldı

Qadın təxribata cəhd etdi:
Dünya 16-10-2024 - 22:17

Belqorod Vilayət Məhkəməsi rusiyalı qadını dəmiryol relslərində təxribat hazırladığına görə ümumi rejimli koloniyada 12,5 il müddətinə azadlıqdan məhrum edib.

Ajans.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya FTX-nin regional idarəsinə istinadən məlumat yayıb .

Qadın partlayıcı qurğuların qanunsuz dövriyyəsi və təxribata cəhd ittihamları ilə təqsirli bilinib. Ona 300 min rubl cərimə də verilib.

Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, müttəhim Ukrayna xüsusi xidmət orqanlarından tapşırıq alıb, qanunsuz olaraq partlayıcı qurğu alıb və dəmir yolunda partlayış törətməyi planlaşdırıb.

PAYLAŞ: