Polşa prezidenti gələcək təqaüdünün məbləğindən narazılıq edib

Polşa prezidenti gələcək təqaüdünün məbləğindən
Polşa prezidenti
Dünya 25-02-2025 - 17:42

Səlahiyyət müddəti tezliklə başa çatacaq Polşa prezidenti Anjey Duda mətbuata açıqlamasında  alacağı prezident təqaüdünün məbləğindən narazılığını bildirib.

Ajans.az xəbər verir ki, Polşa mətbuatının yaydığı məlumata görə, Polşada təqaüddə olan prezidentin pensiyası təxminən 3 min ABŞ dollarına bərabərdir.

Anjey Duda qeyd edib ki, prezidentin üzərinə düşən məsuliyyəti nəzərə alınsa, təqaüdün məbləği o qədər də böyük deyil.

Hazırda Polşada üç nəfərə prezident təqaüdü verilir.

Xatırladaq ki, bu il mayın 18-də Polşada yeni prezident seçkilərinin birinci turu keçiriləcək.

PAYLAŞ: