Peruda körpü uçub: İkimərtəbəli avtobus suya düşüb, ölənlər və yaralılar var

Peruda körpü uçub: İkimərtəbəli avtobus suya düşüb,
körpü
Dünya 15-02-2025 - 15:56

Peruda körpünün uçması nəticəsində ikimərtəbəli avtobus suya aşıb.

Ajans.az xəbər verir ki, bu barədə "Voice of America" radioşirkətinin yerli redaksiyası məlumat verib.

Məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, 38 nəfər yaralanıb. 

"Avtobusda 50-dən çox adam olub. Körpü konstruksiyanın dağılması səbəbindən uçub", - deyə Təbii fəlakətlərin idarə olunması xidmətinin nümayəndəsi Sesiliya Martino qeyd edib.

Çaya, həmçinin bir də avtomobil düşüb. Sərnişinlərin sözlərinə görə, körpü üç hissəyə bölünüb, avtobus ən aşağı hissədə qalıb və batmağa başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

PAYLAŞ: