Parlamentin əməkdaşına yüksək vəzifə VERİLDİ - FOTO
Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün bir sıra məhkəmələrə hakimlər təyin edilib.
Ajans.az Modern.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim təyin edilən Bəhruz Məhərrəmov Milli Məclisin əməkdaşıdır.
Hüquqşünas 1991-ci ildə anadan olub. O, parlamentdə Milli Məclis Sədrinin müavininin köməkçisi vəzifəsini tutur.
Bəhruz Məhərrəmov dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir.