İrandan bu ölkələrə CİDDİ XƏBƏRDARLIQ
İran ABŞ prezidenti Donald Trampın dondurulmuş İran aktivlərindən istifadə təklifini dəstəkləyən ölkə və şirkətlər üçün Hörmüz boğazından keçidi bağlayacaq.
Ajans.az xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü, briqada generalı İbrahim Zülfəqari bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl Vaşinqtonun Hörmüz boğazının davam edən hərbi blokadası nəticəsində gəmilərə və yüklərə dəyən potensial ziyanı kompensasiya etmək üçün ABŞ-ın nəzarətində olan İran aktivlərindən istifadə edəcəyini açıqlamışdı.
Mövzular: