Azərbaycan dünya çempionatında ilk medalını qazandırdı
1/2
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
Ajans.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) Azərbaycana mundialdakı ilk medalı qazandırıb.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir./report
Mövzular: