Reklam resmi
Reklam resmi

Qadın aliment ödəməyə BORCLUDUR?

Qadın aliment ödəməyə BORCLUDUR?
Cəmiyyət

Azərbaycanda aliment öhdəliyi yalnız kişilərə aid deyil.

Bunu Ajans.az-a açıqlamasında hüquqşünas Səməd Vəkilov bildirib 

Onun sözlərinə görə, aliment öhdəliyi cinsə görə deyil, uşağın mənafeyi məhkəmənin qərarı əsasında müəyyən edilir: 

Aliment öhdəliyi təkcə kişilərə aid deyil. Eyni zamanda, əgər nikahın pozulmasından sonra azyaşlı uşaqlar ataya verilərsə, anadan aliment tutula bilər. Aliment ödəməli olan şəxsin qadın ya kişi olmasının hüquqi baxımdan heç bir fərqi yoxdur. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra onun icrası hər iki tərəf üçün məcburidir. Aliment öhdəliyini yerinə yetirməmək məhkəmə qətnaməsini icra etməməklə bağlı cinayət məsuliyyəti yaradır. Burada qadın, kişi fərqi yoxdur. Eyni məsuliyyət müəyyən edilib”. 

S.Vəkilov qeyd edib ki, buna baxmayaraq, Azərbaycanda qadınlardan aliment tutulması hallarına çox az rast gəlinir. Bunun əsas səbəbi qanunvericilik deyil, cəmiyyətdə formalaşmış ailə dəyərləri ənənələrdir: 

“Milli adətlərə görə Azərbaycan Şərq ailə dəyərlərinə üstünlük verdiyi üçün bizim cəmiyyətdə qadınlardan aliment alınması ənənəsi yoxdur. Ancaq qeyd etdiyimiz kimi, qanunda qadın-kişi ayrımcılığı yoxdur”. 

Hüquqşünas vurğulayıb ki, boşanma zamanı azyaşlı uşağın məhkəmə qərarı ilə atanın himayəsində saxlanılması müəyyən edilərsə ananın maddi imkanları buna şərait yaradarsa, aliment öhdəliyi ana üçün yarana bilər. Bu halda alimentin ödənilməsi ya ödənilməməsinə görə tətbiq olunan hüquqi mexanizmlər kişilərə tətbiq edilən qaydalarla eynidir. 

Beləliklə, Azərbaycan qanunvericiliyində aliment öhdəliyi cinsə görə deyil, valideynlik öhdəliyinə məhkəmə qərarına əsasən müəyyən edilir. Qanun qarşısında qadın kişi üçün eyni hüquqi məsuliyyət nəzərdə tutulur. 

Mələksəda Ziyad

Mövzular:
Aliment Öhdəlik

Digər Xəbərlər