Reklam resmi
Reklam resmi

Avtobusların toqquşması zamanı beş nəfər həlak olub: Peruda

Avtobusların toqquşması zamanı beş nəfər həlak olub: Peruda
Dünya

Perunun cənubunda iki avtobusun toqquşması nəticəsində ən azı beş nəfər həlak olub, 16 nəfər yaralanıb.

Ajans.az "Associated Press"ə istinadən xəbər verir ki, qəza Çili ilə sərhəd yaxınlığında, Takna şəhərindəki Cənubi Panamerika şossesində baş verib.

İlkin ehtimala görə, avtobuslardan biri qarşı hərəkət zolağına çıxaraq yük maşınını ötməyə cəhd edib və digər sərnişin nəqliyyatı vasitəsi ilə toqquşub.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti sabitdir, bir nəfərdə ağır sınıqlar var.

Aidiyyəti qurumlar baş verən hadisənin bütün hallarını müəyyənləşdirir.

Mövzular:
Peru avtobus ölüm hadisə

Digər Xəbərlər