Reklam resmi
Reklam resmi

İranda məşhur təbiət qoruğu yanıb 

İranda məşhur təbiət qoruğu yanıb 
Dünya

Mazandaran əyalətində yerləşən və ölkənin ən mühüm vəhşi təbiət qoruqlarından biri hesab olunan Miankale qoruğunda son üç gün ərzində altı yanğın hadisəsinin baş verdiyini bildirib.

Ajans.az Rokna xəbər agentliyinə istinadən xəbər verir ki, yanğınlar ekofəallar, böhran idarəetmə xidmətləri, yanğınsöndürənlər və yerli könüllülərin birgə fəaliyyəti nəticəsində lokallaşdırılıb və alovun qoruğun digər hissələrinə yayılmasının qarşısı alınıb.

Mazandaran Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri bildirib ki, yanğınlardan ikisi cümə günü, üçü bazar günü, biri isə bazar ertəsi baş verib. Hazırda ərazidə monitorinq və nəzarət tədbirləri davam etdirilir. Rəsmilərin sözlərinə görə, yanğınların başvermə səbəbi hələ müəyyən edilməyib və araşdırmalar davam edir. Bununla yanaşı, yanğınlardan biri ilə bağlı iki şübhəlinin saxlanıldığı və istintaqın aparıldığı bildirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Miankale qoruğu

Digər Xəbərlər