Reklam resmi
Reklam resmi

Portuqaliyal məşhur futbolçu VƏFAT ETDİ

Dünya

Estoniyanın yüksək liqasında çıxış edən "Xaryu" klubunun futbolçusu Usalifa İndi Portuqaliyanın Armil bölgəsində qaçış zamanı dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçinin qaçış zamanı halı pisləşib və yola yıxılıb. 26 yaşlı futbolçu hadisə yerindəcə keçinib.

Gənc oyunçu 2023-cü ilin fevral ayından "Xaryu"nun heyətində çıxış edirdi. Bu müddət ərzində o, 45 oyunda meydana çıxaraq rəqib qapısından bir top keçirib.

"Portu" klubunun yetirməsi olan futbolçu, həmçinin Portuqaliyanın müxtəlif komandalarında da çıxış edib.

Mövzular:
Usalifa İndi Portuqaliya

Digər Xəbərlər