Reklam resmi
Reklam resmi

Sürücülərin NƏZƏRİNƏ: Bu küçə BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Bu küçə BAĞLANIR
Cəmiyyət

22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) təmir işlərinə başlanılacaq.

Bu barədə Ajans.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Təmir müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Mövzular:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi AAYDA yol nəqliyyat təmir

Digər Xəbərlər