Reklam resmi
Reklam resmi

FHN Sadiq Quliyevi XİLAS ETDİ

FHN Sadiq Quliyevi XİLAS ETDİ
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşın batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizbatma təhlükəsində olan 1957-ci il təvəllüdlü Quliyev Sadiq Qubad oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Mövzular:
Fövqəladə Hallar Nazirliyi FHN dalğıc-xilasedici batma təhlükəsi dəniz

Digər Xəbərlər