Reklam resmi
Reklam resmi

Əfsanəvi şahmatçı Macarıstan prezidentliyindən imtina etdi

Əfsanəvi şahmatçı Macarıstan prezidentliyindən imtina etdi
Dünya

Məşhur macar şahmatçı Yudit Polqar Macarıstan prezidenti vəzifəsinə namizəd olmaqdan imtina edib.

Ajans.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Polqar qərarını "tarixi məsuliyyəti üzərinə götürməyə və bölünmüş bir milləti birləşdirməyə hazır olmadığını" bildirməklə əsaslandırıb.

Macarıstanın Baş naziri Peter Magyar şahmatçının qərarına hörmətlə yanaşdığını bildirib. Hazırda ölkə prezidentliyinə yeni namizədin kim olacağı açıqlanmayıb.

49 yaşlı Yudit Polqar şahmat tarixində kişilər və qadınlar üçün vahid dünya reytinqində ilk onluğa yüksələn yeganə qadın kimi tanınır. O, 2014-cü ildə peşəkar karyerasını başa vurub və karyerası ərzində dünya çempionu Qarri Kasparov da daxil olmaqla bir sıra tanınmış şahmatçıları məğlub edib.

Qeyd edək ki, Polqarın prezidentliyə namizədliyi ilə bağlı müzakirələr 19 iyuldan aparılırdı. Bundan əvvəl Macarıstan prezidenti Tamaş Şuyok vəzifəsindən istefa verib. Mənbənin məlumatına görə, o, ölkənin keçmiş baş naziri Viktor Orbanın müttəfiqi hesab olunurdu.

author picture
Leyla Bayandurlu
Mövzular:
Macarıstan Yudit Polqar

Digər Xəbərlər