Reklam resmi
Reklam resmi

İran Amazon-un məlumat mərkəzini MƏHV ETDİ

İran Amazon-un məlumat mərkəzini MƏHV ETDİ
Dünya

İran Bəhreyndə yerləşən Amazon şirkətinin məlumat emalı infrastrukturuna raket zərbəsi endirdiyini açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası (İRİB) məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti bildirib ki, Bəhreyndə yerləşən və Amazon-a məxsus olduğu iddia edilən mərkəzi məlumat emalı infrastrukturu bir neçə qanadlı raketlə vurulub.

Açıqlamada hücum nəticəsində həmin infrastrukturun tamamilə məhv edildiyi iddia olunur.

Hadisə ilə bağlı Amazon, həmçinin Bəhreyn rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər. Müstəqil mənbələr tərəfindən də bu iddiaların təsdiqləndiyi barədə məlumat yoxdur.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Amazon

Digər Xəbərlər