Yüksək vəzifəyə təyin olunan şəxs kimdir?
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinə yeni sədr təyin edilib.
Ajans.az xəbər verir ki, bununla bağlı iyulun 15-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri əmr imzalayıb.
Əmrə əsasən, Ramazan Əli oğlu Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin olunub.
R.Nəbiyev 2018-2024-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
2024-2026-cı illərdə AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl AQTİ-nin İdarə Heyətinin sədri Əli Tahir oğlu Nəbiyev idi. O, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.