Reklam resmi
Reklam resmi

Azərbaycanda məclisdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Azərbaycanda məclisdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Hadisə

Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 15-i saat 03:00-da zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb".

***

Şəmkir rayonunda 11 nəfər qidadan zəhərlənib.

Ajans.az xəbər verir ki, hadisə restoranların birində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mədinə İsmayılova, 1994-cü il təvəllüdlü Sevil Cəlilova, 1973-cü il təvəllüdlü Gülbəniz Cəlilova, 2007-ci il təvəllüdlü Leyla Qurbanova, 1999-cu il təvəllüdlü Rüfət Qurbanov, 1999-cu il təvəllüdlü Türə Daşdəmirova, 1994-cü il təvəllüdlü Famil İsgəndərov, 2015-ci il təvəllüdlü A.A., 1967-ci il təvəllüdlü Rüxsarə İsgəndərova, 1999-cu il təvəllüdlü Fatimə İsgəndərova və onun həm yaşıdı Rasim Şirinov qida zəhərlənməsi diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, həmin şəxslər məclisdə yedikləri salatdan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.(Mənbə: oxu.az)

Mövzular:
Şəmkir zəhərlənmə hadisə xəstəxana məclis

Digər Xəbərlər