Qonşu ölkədə FACİƏ:Ayı kişini PARÇALAYIB
Rusiyanın Maqadan vilayətində ayının hücumu nəticəsində bir nəfər həyatını itirib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Maqadan vilayətinin Olski rayonunun Ola qəsəbəsi yaxınlığında, bənd ərazisində baş verib. Məlumata görə, vəhşi ayı yerli sakinə hücum edib. Aldığı ağır xəsarətlər səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə ovçular və təcili tibbi yardım briqadası cəlb olunub. Ayının hücumunun səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif bölgələrində ayıların yaşayış məntəqələrinə yaxınlaşması ilə bağlı oxşar hadisələrin sayı artıb. Bir müddət əvvəl Yakutiyanın Aldan rayonunda ayı bir neçə yaşayış evinə girərək dağıntılar törətmiş, Baykal gölü sahilində isə vəhşi heyvan çadır düşərgəsinə daxil olmuşdu.
Mövzular: