Reklam resmi
Reklam resmi

Bu ölkə yanacaq ixracını tamamilə QADAĞAN ETDİ

Bu ölkə yanacaq ixracını tamamilə QADAĞAN ETDİ
Dünya

Qırğızıstan hökuməti ölkədən yanacaq ixracına tam qadağa tətbiq edib. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı hökumətin rəsmi saytında dərc olunub.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki,qərarın məqsədi ölkədə neft məhsullarının çatışmazlığının qarşısını almaq və daxili bazarın fasiləsiz yanacaq təchizatını təmin etməkdir.

Yeni qərara əsasən, Qırğızıstandan ölkə hüdudlarından kənara, o cümlədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə yanacaq ixracı tamamilə qadağan edilir.

Qadağa yalnız nəqliyyat vasitələrinin standart yanacaq çənlərində olan yanacaq və sürtkü materiallarına şamil edilmir.

Bununla yanaşı, Qırğızıstan hakimiyyəti 2019-cu ildən qüvvədə olan avtomobil nəqliyyatı ilə yanacaq idxalına tətbiq edilən qadağanı da ləğv edib. Bu addımın daxili bazarda yanacaq təminatını daha da yaxşılaşdıracağı gözlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qırğızıstan yanacaq ixracı

Digər Xəbərlər