Reklam resmi
Reklam resmi

ABŞ-də ICE əməkdaşları sakini ÖLDÜRÜB

ABŞ-də ICE əməkdaşları sakini ÖLDÜRÜB
Dünya

ABŞ-nin Men ştatının Biddeford şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşlarının iştirakı ilə baş verən atışma nəticəsində bir nəfər ölüb.

Ajans.az xəbər verir ki, bu barədə Men Nümayəndələr Palatasının spikeri Rayan Fektau məlumat verib.

"Bu səhər Biddefordda atışma baş verib. Nəticədə bir nəfər həyatını itirib. Hadisədə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları iştirak ediblər", – deyə o, sosial şəbəkə hesabında yazıb.

Rayan Fektau bildirib ki, insident hazırda Men İctimai Təhlükəsizlik Departamenti, Baş Prokurorluq və Men Ştat Polisi tərəfindən araşdırılır.

Hadisənin başvermə səbəbi və ölən şəxsin kimliyi hələlik açıqlanmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Men ştatı İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti

Digər Xəbərlər