Avropada istilərin dəhşətli nəticəsi: 10 mindən çox insan ÖLÜB
Avropada davam edən rekord isti hava dalğası nəticəsində ölüm halları kəskin artıb. EuroMOMO monitorinq sisteminin məlumatına görə, iyunun 22-dən 28-dək Avropanın 27 ölkəsində 10 650 əlavə ölüm halı qeydə alınıb. Onların təxminən 9 mini 65 yaşdan yuxarı şəxslərin payına düşür.
Ajans.az xəbər verir ki, Danimarkanın Statens Serum İnstitutunun əməkdaşı Lasse Vestergaard bildirib ki, bu göstərici müşahidələr tarixində ən yüksək səviyyələrdən biridir.
Mövzular: