Dünya Kubokunda 5 milyondan çox azarkeş Argentinanın qovulmasını istəyir
2026-cı il FIFA Dünya Kubokunda çıxışını davam etdirən Argentina millisinin turnirdən kənarlaşdırılması tələbi ilə başladılan petisiyaya 5 milyondan çox insan imza atıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, petisiya müəllifləri Beynəlxalq Futbol Federasiyasını (FIFA) son dünya çempionu Argentinaya, xüsusilə də komandanın kapitanı Lionel Messiyə qarşı qərəzli münasibət göstərməkdə ittiham ediblər.
Petisiyada qeyd olunur:
"Əgər qalib artıq müəyyən edilibsə, dünyanın qalan komandaları niyə Dünya Kubokunda iştirak etməlidir? Argentinanı turnirdən kənarlaşdırın və bütün komandalara bərabər şans verin."
Petisiyanın hansı platformada başladıldığı və FIFA-nın bu tələblə bağlı rəsmi mövqeyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Argentina millisi iyulun 15-də keçiriləcək 2026-cı il Dünya Kubokunun yarımfinal oyununda İngiltərə yığması ilə qarşılaşacaq.
Mövzular: