Reklam resmi
Reklam resmi

ABŞ-də cadugərə üz tutan kişi həyat yoldaşını ÖLDÜRÜDÜ

ABŞ-də cadugərə üz tutan kişi həyat yoldaşını ÖLDÜRÜDÜ
Dünya

ABŞ-də 44 yaşlı Larri Millett 2021-ci ilin yanvarında itkin düşən həyat yoldaşı Maya Millettin qətlində təqsirli bilinib.

Ajans.az Daily Star nəşrinə istinadən xəbər verir ki, münsiflər heyəti Larri Milletti birinci dərəcəli qətldə günahkar hesab edib.

Üç uşaq anası və Havaydakı Hərbi Dəniz Qüvvələrinin aviabazasında çalışan Maya Millett 7 yanvar 2021-ci ildə itkin düşüb. Genişmiqyaslı axtarışlara baxmayaraq, onun cəsədi indiyədək tapılmayıb.

İstintaqın məlumatına əsasən, həyat yoldaşının itkin düşməsindən bir neçə ay əvvəl Larri Millett evliliyini xilas etmək məqsədilə özünü "cadugər" kimi təqdim edən bir qadına müraciət edib. Bildirilir ki, o, münasibətlərini bərpa etmək, daha sonra isə "Mayanı zərərsizləşdirmək" məqsədi daşıyan müxtəlif ayin və "sehrlər" üçün 11 min dollardan çox vəsait xərcləyib. Qadının itkin düşməsindən sonra bu əlaqələr kəsilib.

Prokurorluq bildirib ki, Larri Millett həyat yoldaşının maliyyəsinə, hərəkətlərinə və gündəlik həyatına ciddi nəzarət edirdi. İttihama görə, bu amillər cinayətin motivlərindən biri olub.

Münsiflər heyətinin qərarından sonra Larri Milletti ömürlük həbs cəzası gözləyir.

Prokurorluq və Maya Millettin ailəsi qadının cəsədinin tapılması və layiqli şəkildə dəfn olunması üçün axtarışların davam etdiriləcəyini açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ cadugər

Digər Xəbərlər