ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr dalğasının başa çatdığını elan edib.
Ajans.az xəbər verir ki,bu barədə qurumun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, təxminən beş saat davam edən əməliyyat zamanı ABŞ qüvvələri İranın kommersiya gəmilərinə zərbə endirmək imkanlarını daha da məhdudlaşdırmaq məqsədilə Buşehr, Çabahar, Cask, Konarak, Əbu Musa adası və Bəndər Abbas istiqamətlərində hədəflərə zərbələr endirib.
Məlumata görə, əməliyyat zamanı İranın sahil müdafiə sistemləri, raket qurğuları, pilotsuz uçuş aparatları və dəniz infrastrukturu yüksək dəqiqlikli idarəolunan sursatlarla vurulub.
CENTCOM həmçinin bildirib ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbi qulluqçusu yerləşdirilib. Qeyd olunub ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə tam hazırdır.