Reklam resmi
Reklam resmi

Aİ Fransanın 63 milyard avroluq planını təsdiqləyib 

Aİ Fransanın 63 milyard avroluq planını təsdiqləyib 
Dünya

Avropa İttifaqı (Aİ) Fransanın dənizdəki külək enerjisi layihələri üçün 63 milyard avroluq dövlət yardımı ayırmasını təsdiqləyib.

Ajans.az xəbər verir ki, Avropa Komissiyası Fransanın dənizdəki külək enerjisini dəstəkləmək proqramının Aİ-nin dövlət yardımı qaydalarına uyğun olaraq təsdiqləndiyini açıqlayıb.

Bəyanatda bildirilir ki, 25 il davam edəcək proqramın ümumi büdcəsi 63 milyard avrodur və Şimal dənizi, Atlantik okeanı və Aralıq dənizində 11 dəniz külək elektrik stansiyasının tikintisi və istismarını əhatə edəcək. Bəyanatda qeyd olunur ki, bu elektrik stansiyalarının ümumi quraşdırılmış gücünün 11,1 giqavatta çatması və ildə təxminən 47,8 teravatt-saat bərpa olunan elektrik enerjisi istehsal etməsi gözlənilir ki, bu da Fransanın illik elektrik istehlakının təxminən 10,6 faizinə bərabərdir.

Mövzular:
ai fransa avro plan

Digər Xəbərlər