Reklam resmi
Reklam resmi

Yüksək hava təhlükəsi ELAN OLUNDU - bu ölkədə

Yüksək hava təhlükəsi ELAN OLUNDU - bu ölkədə
Dünya

İtaliyanın Səhiyyə Nazirliyi yeni isti dalğası səbəbindən ölkənin yeddi şəhərində, o cümlədən paytaxt Romada ən yüksək - qırmızı hava təhlükəsi səviyyəsi elan edib.

Ajans.az xəbər verir ki, FlorensiyaPeruca şəhərlərində qırmızı təhlükə səviyyəsi artıq qüvvədədir.

Sinoptiklərin proqnozlarına əsasən, yeni isti dalğası şərqə tərəf yerini dəyişən və Apennin yarımadasını tamamilə əhatə edən Afrika antisiklonu ilə bağlıdır.

İtaliyanın mərkəzi və cənubi bölgələrində, həmçinin Sardiniya adasında havanın temperaturunun +39-41 dərəcəyə çatacağı gözlənilir. Florensiyada termometrin göstəriciləri +39 dərəcəyə, Romada isə +38 dərəcəyə qədər qalxa bilər.

Mövzular:
italiya isti Roma qırmızı hava təhlükəsi Florensiya Peruca

Digər Xəbərlər