Reklam resmi
Reklam resmi

Tanınmış jurnalist YADDAŞINI İTİRDİ 

Tanınmış jurnalist YADDAŞINI İTİRDİ 
Dünya

Məşhur amerikalı jurnalist və televiziya aparıcısı Keti Kurik qısamüddətli yaddaş itkisi (amneziya) keçirdikdən sonra xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər veirr ki, bu barədə Daily Beast nəşri məlumat yayıb.

69 yaşlı jurnalistin sözlərinə görə, hadisə iyunun 27-də iştirak etdiyi böyük festivaldan sonra baş verib. Onun həyat yoldaşı bildirib ki, tədbirdən sonra Kurikin vəziyyətinin normal olmadığını dərhal hiss edib.

"O, mənim kim olduğumu tanıyırdı və sadə suallara cavab verə bilirdi. Amma Keti ilə bağlı nəyinsə qaydasında olmadığını başa düşdüm", – deyə həyat yoldaşı qeyd edib.

Keti Kurik xəstəxanaya çatdırılıb. Müayinələr zamanı məlum olub ki, o, son bir neçə il ərzində baş verən hadisələri xatırlamır.

"Bu ayın hansı ay olduğunu bilmirdim. Düşünürdüm ki, 2024-cü ildir və ABŞ prezidenti Co Baydendir", – deyə jurnalist bildirib.

Onun həyat yoldaşının sözlərinə görə, Kurik xəstəxanada olduğu müddətdə eyni sualları dəfələrlə təkrarlayıb.

Həkimlər jurnalistə qısamüddətli amneziya diaqnozu qoyublar və vəziyyətinin təhlükəli olmadığını, yaddaşının qısa müddətdə bərpa olunacağını bildiriblər. Keti Kurik də qeyd edib ki, festival zamanı baş verənlər istisna olmaqla, xatirələri tədricən geri qayıdıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Keti Kurik

Digər Xəbərlər