Reklam resmi
Reklam resmi

Bu ölkənin Prezidenti vəzifəsini İTİRƏ BİLƏR

Bu ölkənin Prezidenti vəzifəsini İTİRƏ BİLƏR
Dünya

Macarıstan parlamenti bazar ertəsi prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan konstitusiya dəyişikliyini müzakirə edəcək.

Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, təşəbbüsün müəllifi olan Baş nazir Peter Magyar prezidenti Baş nazir Viktor Orbanın "kuklası" adlandıraraq, onun vəzifədən uzaqlaşdırılmasına çağırıb. Magyar bildirib ki, məqsədi seçicilərdən aldığı mandat əsasında Orbanın "hakimiyyət sistemini" dəyişməkdir.

Bloomberg yazır ki, Peter Magyar yerli vaxtla saat 13:00-da parlamentdə çıxış edərək təşəbbüsünü əsaslandıracaq. Səsvermənin isə sürətləndirilmiş prosedur çərçivəsində saat 18:15-də keçirilməsi planlaşdırılır.

Qəbul ediləcəyi təqdirdə, konstitusiya dəyişikliyi prezident Tamaş Şuyokun səlahiyyətlərinə dərhal xitam verəcək. O, beş illik prezidentlik müddətinin üç ili tamam olmadan vəzifəsini tərk etmiş olacaq.

Peter Magyar parlamentin yeni konstitusiya qüvvəyə minənədək – avqustun 20-dək yeni prezident seçməsini təklif edib.

Magyar daha əvvəl sosial media hesabında bildirib ki, əgər prezident qəbul ediləcək qanunu beş gün ərzində imzalamasa, ona qarşı impiçment proseduru başlanacaq.

Öz növbəsində Tamaş Şuyok konstitusiya dəyişikliyinə etiraz edərək, məsələ ilə bağlı Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi orqanı olan Venesiya Komissiyasından hüquqi rəy istəyib. Məlumata görə, Komissiya məsələ ilə bağlı şərh verməkdən imtina edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Macarıstan Tamaş Şuyok

Digər Xəbərlər