Reklam resmi
Reklam resmi

İsrail işğal etdiyi torpaqda 450 ev tikəcək

İsrail işğal etdiyi torpaqda 450 ev tikəcək
Dünya

İsrail Şərqi Qüdsün işğal altında olan Ümm Leysun məhəlləsində 450 evdən ibarət yeni yaşayış məntəqəsinin tikintisi planını təsdiqləyib.

Ajans.az xəbər verir ki, bu barədə İsrailin insan haqları təşkilatı "İr Amim" məlumat yayıb.

Təşkilatın açıqlamasına görə, Qüds Bələdiyyəsinin Regional Planlaşdırma və Tikinti Komitəsi fələstinlilərin yaşadığı Ümm Leysun məhəlləsində yeni yaşayış məntəqəsinin inşasına razılıq verib.

Bildirilib ki, infrastruktur problemləri səbəbindən iki ildən artıq müddətdə dayandırılan layihənin yenidən təsdiqlənməsi bölgənin demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlib.

Məlumata əsasən, Cəbəl Mükabər və Sur Baher məhəllələri arasında yerləşən, təxminən 800 fələstinli ailənin yaşadığı Ümm Leysun ərazisində həyata keçiriləcək layihə nəticəsində burada təxminən 2 min israillinin məskunlaşdırılması nəzərdə tutulur.

"İr Amim" vurğulayıb ki, bu qərar adi şəhərsalma addımı deyil, Şərqi Qüdsdə yaşayış məntəqələrinin genişləndirilməsinə yönəlmiş siyasi qərardır.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi 2024-cü il iyulun 19-da açıqladığı məsləhət xarakterli rəyində İsrailin Qəzza zolağı, Şərqi Qüds və İordan çayının qərb sahilindəki mövcudluğunu beynəlxalq hüquq baxımından qanunsuz hesab edib və dövlətləri bu vəziyyətin davam etdirilməsinə dəstək verməməyə çağırıb.

Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti iyulun 2-də də işğal altında olan Şərqi Qüdsdə 13 yeni yaşayış məntəqəsinin tikintisi planını təsdiqləmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Şərqi Qüds

Digər Xəbərlər