Bu ölkədə partlayıcı yüklü dron yaşayış məntəqəsinə düşüb
Moldovanın Kauseni rayonunda təxminən 50 kiloqram partlayıcı maddə daşıdığı ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, bu barədə Newsmaker məlumat yayıb.
Məlumata görə, dron Kauseni rayonunun Kopanka kəndi yaxınlığında yerə düşüb. İlkin qiymətləndirməyə əsasən, onun üzərində təxminən 50 kiloqram partlayıcı maddə olub.
Hadisə yerinə bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislərin cəlb olunacağı bildirilib.
Qeyd olunub ki, pilotsuz uçuş aparatı yaşayış evinin yaxınlığında qəzaya uğrayıb. Təhlükəsizlik məqsədilə ətraf ərazidə yaşayan sakinlər təxliyə edilib.
Hazırda hadisənin başvermə şəraiti və dronun mənşəyi ilə bağlı araşdırma aparılır.
Mövzular: