Reklam resmi
Reklam resmi

Ukraynaya 900-dən çox zərbə endirilib: ÖLƏN VAR

Dünya

Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukraynanın Zaporojye vilayətinə 900-dən çox hava zərbəsi endirib. Hücumlar nəticəsində bir nəfər həlak olub, 13 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, son 24 saat ərzində vilayətin 51 yaşayış məntəqəsinə ümumilikdə 932 zərbə endirilib. Yaralananlar arasında bir uşağın da olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, hücumlar nəticəsində yaşayış evlərinə, infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə və yardımçı tikililərə ziyan dəyib. Bununla bağlı ümumilikdə 42 ziyan faktı qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər