Bu ölkədə matəm ELAN OLUNDU
Qətərdə ölkənin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl-Taninin vəfatı ilə əlaqədar dörd günlük milli matəm elan edilib.
Ajans.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Bildirilib ki, Qətərə 1995–2013-cü illərdə rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Əl-Tani iyulun 12-də 74 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Məlumata əsasən, matəm iyulun 12-dən başlayıb. Dörd gün ərzində ölkə ərazisində dövlət bayraqları yarıya endiriləcək. İyulun 13-dən etibarən nazirliklər, dövlət qurumları və digər dövlət müəssisələrinin fəaliyyəti dayandırılacaq. Dövlət qulluqçularının iyulun 19-da işə qayıdacağı bildirilib.
Keçmiş əmirlə vida mərasimi iyulun 12-si axşam Dohadakı İmam Məhəmməd bin Əbdül Vəhhab məscidində keçiriləcək. Daha sonra o, Lusail şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Qətərin hazırkı əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin isə iyulun 13–15-də xarici dövlət başçıları, hakim ailənin üzvləri və ölkə vətəndaşlarından başsağlığı qəbul edəcəyi qeyd olunub.