Reklam resmi
Reklam resmi

Venesuelada zəlzələ qurbanlarının sayı 4490-a yüksəlib

Venesuelada zəlzələ qurbanlarının sayı 4490-a yüksəlib
Dünya

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 4490 nəfərə çatıb.

Ajans.az bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqes məlumat verib.

Onun Telegram kanalında yayımlanan gündəlik hökumət hesabatına əsasən, təbii fəlakət nəticəsində 16 740 nəfər yaralanıb, 17 907 nəfər isə evsiz qalıb.

Məlumata görə, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Hazırda 32 401 nəfər xəstəxana və digər tibb müəssisələrində müalicə alır.

Bildirilib ki, indiyədək 120 794 ailəyə humanitar yardım göstərilib, 19 583 nəfər isə 108 müvəqqəti sığınacaqda yerləşdirilib. Zərərçəkənlərə ümumilikdə 9995 ton ərzaq paylanıb.

Qeyd edək ki, dağıdıcı zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri Yarakuy (Yaracuy) ştatında, bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Təbii fəlakətdən sonra bölgədə 1222 afterşok (təkrar yeraltı təkan) qeydə alınıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela zəlzələ

Digər Xəbərlər