Reklam resmi
Reklam resmi

İlham Əliyev: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək

İlham Əliyev: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək
Gündəm

Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək mövqeyini dəyişməyib və bundan sonra da bu prinsipə sadiq qalacaq.

Ajans.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır.

"Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Heç bir ölkənin sərhədləri həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ukrayna xalqına həm dövlət, həm də humanitar səviyyədə dəstək göstərməyə davam edir.

Mövzular:
İlham Əliyev IV Şuşa Qlobal Media Forumu Ukrayna

Digər Xəbərlər